Avropa Komissiyasının sədri Barrozu Ukraynadakı böhranı şərh etdi
"Bu, müharibədir"

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Ukraynadakı böhranın hərbi yolla həll ediləcəyinə inanmadıqlarını açıqlayıb. Barrozu Ukraynanın şərqində hadisələri müharibə adlanırıb.

O, qeyd edib, Ukraynanın şərqində baş verən hadisələr Rusiya il Avropa Birliyi arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxarır: "Gəlin düzünü deyək, bu müharibədir. Ukraynanın şərqində müharibə baş verir. İnsanların əzab çəkməsinin qarşısı alınmalıdır. Mən Rusiya hökumətinin bu məsələdə müəyyən addımlar atacağına inanıram. Öz gələcəyini müəyən etmək ukraynalıların hüququdur. Ukrayna bizimlə razılığa gəlmək istəyir. Biz bu böhranın hərbi yolla həll ediləcəyinə qəti şəkildə inanmırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə