Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gündən rəsmi fəaliyyətə başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutan inaqurasiya mərasimində and içən Ərdoğan TBMM binasından Mustafa Kamal Atatürkün məzarını ziyarət etməyə yollanıb.
Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkələrin dövlət və hökumət rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri də iştirak edib. Azərbaycanı mərasimdə baş nazir Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB