Plov insana yuxu gətirir FOTOLAR

Bəzən insanlar yuxusuzluqdan şikayət edirlər. Artıq yaponlar buna da əlac tapıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yaponiyanın Kanazava Tibb Universitetinin alimlərinin apardıqları araşdırma nəticəsində məlum olub ki, düyü rahat yuxuya getmək üçün ən yaxşı qida hesab olunur. Belə ki, alimlər yuxusuzluq problemi ilə üzləşən insanlara daha çox plov yeməyi məsləhət görürlər.

Onların fikrincə, düyünün tərkibindəki protein serotonin hormonunu artırır və bunun nəticəsində insana yuxu gəlir.

Alimlər həmçinin bildiriblər ki, düyüdə yüksək dərəcədə Qlisemik indeks kimi tanınan "GL" maddəsi var ki, bu da insanlarda yuxu problemini aradan qaldırmağa kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə