Türkiyənin səlahiyyət müddəti başa çatan prezidenti Abdullah Gül vida çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Abdullah Gül vida çıxışında bildirib ki, hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni yanaşmalar təklif edib: "Asiya dövlətləri və hazırda inkişaf edən ölkələrlə əməkdaşlığı genişləndirdim. Afrika və Latın Amerikası kimi uzaq yerlərə səfər etdim. Başda Fələstin və Dağlıq Qarabağ olmaqla bölgəmizin xroniki xarici siyasətində münaqişələrin həlli ilə bağlı yeni fikirlər təklif etdim. Bəzi regional əməkdaşlıq, qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün şərait yaratdım və Türkiyə olaraq ev sahibliyi etdik".
Qeyd edək ki cari ilin avqustun 10-da Türkiyədə prezident seçkiləri keçirilib. Seçkilərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qalib gələrək ölkənin yeni prezidenti seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB