Londonda “Notting Hill” karnavalı keçirilir

Londonda “Notting Hill” karnavalı keçirilir

Londonda ənənəvi "Notting Hill" karnavalı keçirilir. 1966-cı ildən bəri hər il avqust ayında keçirilən bu karnaval Avropanın ən böyük festivallarından hesab edilir.

Bu il avqustun 24-25-də keçirilən karnaval günlərində Londonun yollarında və ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Karnavalda 1 milyona yaxın insan iştirak edir.

Karnaval çərçivəsində küçələrdə müxtəlif ölkələr öz mətbəx nümunələrini nümayiş etdirir. İnsanlar festival üçün təşkil edilmiş rəngarəng geyimlərlə bəzədilən və musiqi ilə müşayiət edilən karnaval karvanını izləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə