Küveytin "KPC" şirkəti ilə Çinin "UNIPEC" şirkəti arasında bu ölkəyə satılan xam neftin miqdarının təxminən ikiqat artırılmasını nəzərdə tutan onillik müqavilə imzalanıb.
Küveyt Xəbər Agentliyi (KUNA) xəbər verir ki, "KPC"nin qlobal marketinq nümayəndəsi Nasir əl-Mudaf 2011-ci ildə Çinlə imzaladıqları və gündəlik 160-170 min barel xam neft ixracına dair razılaşmanı 300 min barel neft satışına hesablanan müqavilə ilə yenilədiklərini deyib. O bildirib ki, bu müqavilə ilə Küveyt Çinə ən çox xam neft satan üçüncü ölkə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB