İngilis alimləri laboratoriya şəraitində ilk dəfə bütün funksiyaları yerinə yetirə bilən orqan yaratmağa nail olublar. SİA-nın məlumatına görə, alimlər ilk dəfə olaraq canlı bir heyvanda bütün funkisiyaları yerinə yetirə bilən orqanın yaradılması üçün laboratoriyada yaradılan və yenidən proqramlaşdırılan hüceyrələrdən istifadə ediblər.
Şotlandiya Edinburq Universiteti Reyeneratif Mərkəzi Araşdırma Şurasında siçanlar üzərində aparılan araşdırmada bu hüceyrələr istifadə edilərək immunitet sisteminin mühüm tərkib hissəsi olan çəngələbənzər vəzi yaradılıb.
Araşdırmanın rəhbəri proffessor Clare Blackburnun sözlərinə görə, laboratoriyada yaradılan hüceyrələrdən əldə edilən çəngələbənzər vəzin bütün funksiyaları yerinə yetirərək infeksiyalara qarşı mübarizə üçün əhəmiyyətli olan T hüceyrəsi yaratdığı müşahidə edilib.
O deyib ki, labaratoriyada yaradılan hüceyrələri yenidən proqramlaşdıraraq vücuda nəql etdikdə funksiyaların hər birini yerinə yetirən orqan əmələ gətirən süni hüceyrə növü əldə etmək mümkün olub.
C.Blackburn qeyd edib ki, indiyə qədər labaratoriyada yaradılan orqanlar böyüklük və funksiya baxımından dar çərçivədə idi: "Laboratoriyada əldə edilən orqanlar yeni dərmanların hazırlamnası üçün də böyük fayda verəcək. Bu orqan vasitəsi ilə anadangəlmə çəngələbənzər vəzi xəstələri olan uşaqları müalicə etmək mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB