İran İslam Respublikasının prezidenti Həsən Ruhani sentyabrın 29-da Rusiya Federasiyasına səfər edəcək. İRNA informasiya agentliyinin verdiyi məlumata görə səfər çərçivəsində İran prezidenti Xəzər dənizinin hüquqi statusu ilə bağlı keçiriləcək 4-cü Xəzər samitində iştirak edəcək.
Samitin işinə İran və Rusiyadan başqa Azərbaycan, Türkmənistan və Qazaxıstanın nümayəndələri də qatılacaqlar.
Sammitdə Rusiyanın Həştərxan şəhərində Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlığı üzrə azad iqtisadi zonanın yaradılması məsələsi də müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB