Tokioda ənənəvi Samba karnavalı keçirilib

Tokioda ənənəvi Samba karnavalı keçirilib

Avqustun 23-də Tokionun Asakusa rayonunda minlərlə insan Braziliya ritmləri altında Samba karnavalında rəqs ediblər. Yerli Mağaza Sahibləri Assosiasiyasının hər il təşkil etdiyi bu festival Rio-de-Janeyroda keçirilən Samba karnavalı əsasında yaradılıb. Cari ildə 33-cü dəfə təşkil olunan tədbirdə 4700-dən çox həvəskar rəqqas 16 qrupda çıxış edib.

Karnaval iştirakçıları Tokionun məşhur turizm obyektlərindən sayılan Asakusa rayonunda yerləşən Sensogi məbədinin "Göy gurultusu" qapısından başlayaraq 800 metr uzunluğunda olan Kaminarimon küçəsi boyunca hərəkət edərək Samba rəqsini ifa ediblər.

İştirakçıları şən səslərlə müşayiət edən yarım milyondan çox tamaşaçı onlarla Tokionun görməli yerlərindən biri olan "Tokyo Skytree"nin fonunda şəkil də çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə