Ukrayna üçün xüsusi fond yaradılacaq

Ukrayna üçün xüsusi fond yaradılacaq

Ukraynanın Avropa İttifaqına assosiativ üzvlüyü haqqında müqavilə Ali Radaya ratifikasiya olunmaq üçün sentyabrda göndəriləcək. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın federal kansleri Angela Merkel ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib. P.Poroşenko əlavə edib ki, sentyabrın axırınadək müqavilənin ratifikasiyası ilə bağlı sənədlər Avropa İttifaqına təqdim olunacaq.
Angela Merkel öz növbəsində təsdiqləyib ki, donor ölkələrin sentyabrda keçiriləcək konfransında Ukrayna üçün 500 milyon avro məbləğində xüsusi fond yaradılacaq. "Bu, ölkənin şərqində humanitar problemlərin həllinə kömək edəcək. İrəliyə doğru konstruktiv irəliləmək lazımdır" – deyə A.Merkel bildirib.
Poroşenko Merkellə Kiyevdə keçirilən görüşündə Almaniya hökumətinin başçısını "Ukraynanın yaxşı dostu və güclü vəkili" adlandırıb. O deyib ki, son iki ayda Merkellə 20 dəfə ünsiyyətdə olub və bu, Ukraynaya öz maraqlarını qorumaqda kömək edib.

Bütün xəbərlər Facebook səhifəmizdə