Avqustun 23-də İndoneziyanın qərbində, Sumatra adasının şimal-qərb sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Milli Meteorologiya, Klimatologiya və Geofizika İdarəsinin yaydığı məlumata görə, sunami təhlükəsi elan olunmayıb.
Yeraltı təkanların episentri Açex əyalətində, Simuelue arxipelaqının 399 kilometr şimal-qərbində, ocağı Hind okeanının 10 kilometr dərinliyində yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə hələlik məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB