İranda daha bir güclü zəlzələ baş verib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbər görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, İranın Kirmanşah vilayətinin Srumar şəhərində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Təbii hadisə Tehran yerli vaxtı ilə saat 00:36-da qeydə alınıb. Zəlzələnin 15 km dərinlikdə baş verdiyi bildirilib. Təkanların episenteri Srumar şəhərindən 20 km məsafədə qeydə alınıb.
İnsan təlafatı haqqında hələlik heç bir məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB