Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA bu barədə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Türkiyənin yeni seçilmiş prezidenti ilə baş tutan danışıqlarda enerji sahəsində birgə layihələrin reallaşmasını müzakirə ediblər. Liderlər həmçinin telefon danışığı zamanı ikitərəfli münasibətləri və digər aktual məsələləri müzakirə ediblər. Tərəflər Rusiya-Türkiyə əlaqələrinin müxtəlif istiqamətlərdə genişlənməsində maraqlı olduqlarını da vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB