Bu gün İraqın paytaxtı Bağdadın 75 kilometrliyində yerləşən İmam Vaiz kəndində cümə namazı zamanı məscidə silahlı hücum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, insident nəticəsində 73 nəfər öldürülüb, 60 nəfər isə yaralanıb. Hücumun bir terrorçu-kamikadze və bir neçə silahlı şəxs tərəfindən həyata keçirildiyi vurğulanır.
Hakimiyyət ehtimal edir ki, qanlı terror hadisəsi "İraq-Şam İslam Dövləti" vəhhabi-sələfi terror qruplaşması üzvləri tərəfindən onlara qoşulmaq istəməyən yerli sünnilərdən qisas almaq məqsədi ilə törədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB