Ebola virusundan ölənlərin sayı 1427-ə çatdı. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir. Məlumata görə, 19-20 avqust tarixləri arasında Liberiya, Qvineya, Sierra Leone və Nigeriyada 142 yeni Ebola hadisəsi aşkar edilib və 77 adam dünyasını dəyişib. Beləliklə, Liberyada 110 yeni hadisə 48 ölüm, Qvineyada 28 yeni hadisə 10 ölüm, Sierra Leoneda 3 yeni hadisə 18 ölüm, Nigeriyada 1 yeni hadisə 1 ölüm qeydə alınıb.
Bununla da 20 avqusta qədər 2615 yeni Ebola hadisəsi aşkar edilib və bunlardan 1427-i xəstəlik səbəbindən dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, ÜST məlumatlarına görə, Ebola epidemiyasında Liberyada 624, Qvineyada 406, Sierra Leoneda 392 və Nigeriyada da 5 adam həyatını itirib. Ebola epidemiyasının yaşandığı Liberiya, Qvineya və Sierra Leoneda təxminən bir milyon adam karantində saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB