UNİCEF Qəzzada həlak olan uşaqların sayını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrailin iyulda başladığı hərbi əməliyyat nəticəsində ölən uşaqların sayı 469-a çatıb. UNİCEF-in Qəzzadakı bölməsinin rəhbəri Pernilla Ayrinsayd bildirib ki, Qəzzada keçirilən hərbi əməliyyat nəticəsində ölən uşaqların sayı arta bilər. O, son 2 gün ərzində 9 fələstinli uşağın öldüyünü də açıqlayıb.
Qeyd edək ki, hazırda Qəzzada UNİCEF-in 50 əməkdaşı çalışır. Onlar uşaqlarla psixoloji iş aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB