Türkyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Baş nazir və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə irəli sürdüyü namizədin adını açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, AKP-nin ümumi mərkəzində keçirilən toplantıda yeni Baş nazir vəzifəsinə hazırki xarici işlər naziri Əhməd Davudoğlunun namizədliyini açıqlayan Ərdoğan çıxışı zamanı bildirib ki, AKP Türkiyənin ən böyük siyasi partiyası olduğu üçün, partiya ilə bağlı qəbul edilən bütün qərarlar tək AKP-nin deyil, həmçinin bütün Türkiyənin gələcəyi üçün də maraqlıdır: "Ona görə də biz ölkənin yeni baş naziri vəzifəsinə kimin təyin olunması məsələsinə daha həssaslıqla yanaşdıq və uzun məsləhətləşmələrdən sonra qərarımızı verdik. Partiyamızı parçalamaq və onun içində nifaq salmaq istəyənlər hər zaman olduğu kimi, bu dəfə də peşman olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB