Avtobus qəzaya uğradı 27 nəfər öldü

Avtobus qəzaya uğradı 27 nəfər öldü

Misirdə avtobusun qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Misirin cənubunda baş verib. Belə ki, iki avtobusun toqquşması nəticəsində 27 nəfər həlak olub, 50 nəfər ağır xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Qəzaya düşənlər arasında Rusiya, Səudiyyə Ərəbistanı və Yəmən vətəndaşları da var.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə