Hazırda "Apple" şirkətinin böyüklüyünə görə ən iri mağazası Nyu-Yorkda yerləşən "Apple Store" mağazasıdır. Lakin vəziyyət şirkətin növbəti mağazalarından birini dünyanın ən varlı şəhərlərindən birində açmağı planlaşdırmasına görə tezliklə dəyişə bilər. SİA-nın xəbərinə görə, ABŞ istehsalçısı növbəti ildə Yaxın Şərqin aparıcı dövlətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk rəsmi mağazasını açmağı nəzərdə tutur. Bildirilir ki, Dubayın "Mall of the Emirates" ticarət mərkəzində açılacaq "Apple Store" dünyanın ən böyük mağazası olacaq və hazırda kinoteatr kimi istifadə olunan ərazidə yerləşəcək.
Yaxın Şərqin ilk "Apple Store" mağazasının təntənəli açılışının 2015-ci ilin birinci rübündə baş tutacağı gözlənilir. Bu barədə razılıq cari ilin fevralında "Apple" rəhbəri Tik Kukun ölkəyə səfəri zamanı BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktum ilə görüşdə əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB