Şimali İraq-Türkiyə boru kəmərinin tutumu iki dəfə artırılacaq

Şimali İraq-Türkiyə boru kəmərinin tutumu iki dəfə artırılacaq

İraq Kürd Regional Rəhbərliyi tərəfindən inşa edilən və Şimali İraq neftini Türkiyəyə nəql edən boru kəmərin tutumu iki dəfə artırılacaq.

Türkiyə KİV-ləri xəbər verir ki, boru kəmərinin genişləndirilməsi işlərinin avqustun sonunadək tamamlanması nəzərdə tutulub. Bundan sonra kəmərə vurulan neftin miqdarının gündəlik 220 min barelə çatdırılması gözlənilir. Şimali İraq rəhbərliyinin bu addımı neft gəlirlərini artırmağa hesablanıb

Bütün xəbərlər Facebook səhifəmizdə