Avropa ölkələri istismar vaxtı ötmüş nüvə enerjisi stansiyalarını qorumaq niyyətindədir. Hazırda Avropa İttifaqı ölkələrinin elektrik enerjisinə olan ehtiyacının üçdəbiri məhz nüvə enerjisi stansiyaları hesabına ödənilir. Lakin Aİ-dəki 28 ölkədə olan ümumilikdə 131 nüvə reaktorunun orta yaş həddi 30 ilə çatır. Enerji qiymətlərindəki enişin və azalan tələbin mənfi təsir göstərdiyi enerji şirkətləri, yeni stansiyalar tikmək əvəzinə mövcud obyektlərin ömrünü 2020-ci ilə kimi uzatmağın yollarını axtarır.
Qeyd edək ki, Aİ-nin ən böyük nüvə enerji istehsalçısı olan Fransadakı 58 nüvə reaktoru ölkənin elektrik enerjisinə ehtiyacının təxminən dörddə üçünü ödəyir. Fransa yaxın gələcəkdə nüvə stansiyalarının ömrünü 50 ilədək uzatmağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB