Türkiyə də şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin 1 leytenantı şəhid olub, 1 əsgəri isə yaralanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Türkiyə-İran sərhədi yaxınlığındakı Yamanyurt kəndi ərazisində baş verib. Belə ki, bölgənin Saray rayonu ərazisində sərhəd bölgədə xidmət aparan hərbçilər PKK yaraqlıları tərəfindən pusquya salınaraq, iriçaplı silahlardan atəşə tutulublar.

Hazırda ərazidə irimiqyaslı əməliyyat başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə