Səfirliyə hücum edən erməni həbs edildi

Səfirliyə hücum edən erməni həbs edildi

Avqustun 18-də Türkiyənin Rusiyadakı səfirliyinə silahlı hücum erməni əsilli 43 yaşlı Artur Mirzoyan barəsində 1 aylıq həbs-qətimkan tədbiri seçilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ona 5 il həbs cəzası verilməsi gözlənilir.

Moskva məhkəməsində günahını etiraf edən A. Mirzoyanetdiyi əmələ görə, 500 min rus rubl cəza ödəməyə hazır olduğunu dilə gətirib. O, istintaq davam etdiyi müddətdə də Rusiyanı tərk etməyəcəyini qeyd edib.

Mirzoyanın dəli olmadığını bildirən vəkili qeyd edib ki, o, bu cinayəti nə üçün etdiyini demək istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə