Türkiyə Afrika ölkələrinə üz tutur

Ankara qara qitənin enerji resurslarından istifadə etmək niyyətindədir
Türkiyə Afrika ölkələrinə üz tutur

Türkiyə Afrika ölkələrinin geniş neft-qaz, dağ-mədən və elektrik enerjisi ehtiyatlarından istifadə etmək niyyətindədir. Türkiyənin dövlət və özəl enerji sektorunun nümayəndələri hazırda Liviya, Cibuti, Keniya və Sudanın neft, dağ-mədən və elektrik sahələrində peşə təhsili verirlər. Qarşıdakı dövrdə isə türkiyəli mühəndislərin Kamerun və Nigerdə də peşə təhsili vermələri planlaşdırılıb.

Qeyd edək, Afrikanın 54 ölkəsindən 45-i qəbul olunan neft ehtiyatlarına sahibdir. Dünyadakı təbii qaz ehtiyatlarının isə 8 faizi bu qitənin payına düşür. Afrika, həmçinin hidroelektrik, geotermal və günəş enerjisi sahələrində böyük potensiala malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə