“Lukoil” İraqdan ilk neft ixracını reallaşdırıb

“Lukoil” İraqdan ilk neft ixracını reallaşdırıb

Rusiyanın ikinci böyük neft istehsalçısı olan "Lukoil" şirkəti İraqda hasilata başladığı sahələrdən ilk neft ixracını reallaşdırıb. Şirkət "Qərb Kurna-2" neft sahəsindən bir milyon barel həcmində neft ixrac edib. Yatağın gündəlik neft hasilatı 280 min bareldir. İxrac olunan neft artıq Bəsrə limanından gəmi vasitəsilə "Lukoil" şirkətinin Siciliya adasındakı neftayırma zavoduna göndərilib.

Şirkət "Qərb Kurna-2" neft sahəsində 75 faizlik paya sahibdir. "Lukoil" gələcəkdə buradan gündə 1,2 milyon barel neft çıxarmağı planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə