ABŞ-ın Missuri ştatının Feqyuson şəhərində polis tərəfindən qaradərili yeniyetmənin qətlindən sonra baş qaldıran iğtişaşlar davam edir. SİA CNN-ə istinadən xəbər verir ki, ştat polisi artıq vənədaş fəallarının kütləvi həbslərinə start verib. Belə ki, həbs edilən fəalların bəziləri Nyu-York və Kaliforniyadan Missuri ştatına gəliblər.
Avqustun 19-na keçən gecə polislər etirazçılara qarşı tüstü buraxan qumbaralardan, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər. İştişaşçılar polisin əsas yolu azad etmək tələbinə məhəl qoymayıblar. Hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, kütlə içindən polisə boş şüşələr və digər xətər yeriə biləcək əşyalar atılıb.
Qeyd edək ki, hadisələr zamanı etiraz mitinqini işıqlandıran jurnalistlər arasında da xəsarətlər alanlar olub.
Xatırladaq ki, Missurinin qubernatoru Cey Nikson daha öncə elan etdiyi komendant saatını lğıv edib və şəhərə milli qvardiyanın yeridilməsinə dair əmr verib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB