Türkiyədə dövlət gerbinin yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət gerbinin hazırlanması ilə bağlı qanun layihəsi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən hazırlanıb. Layihəyə 30 millət vəkili imza atıb.
Deputatların fikrincə, rəsmilərin ikitərəfli görüşlərində gerbin olmaması düzgün deyil: "Dünyada rəsmi tanınan 203 dövlətdən yalnız Türkiyə və Dominikan Respublikasının gerbi yoxdur. Bu hal rəsmilərin kürsü önündə ikitərəfli görüşlərində böyük əksiklik yaradır".
Qeyd edək ki, layihə qəbul olunduqdan sonra qanun kimi qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB