Obama: “İŞİD-ə qarşı mübarizəyə dəstək olacağıq”

Obama: “İŞİD-ə qarşı mübarizəyə dəstək olacağıq”

ABŞ prezidenti Barak Obama kürdlərin və iraqlıların ABŞ-ın dəstəyi ilə İŞİD-ə böyük zərbələr endirdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ağ Evin rəhbəri ötən gün kürdlərdən ibarət Peşmərgə silahlılarının Mosul bəndini ABŞ-ın dəstəyi ilə İŞİD-dən geri almasını təsdiqləyib. Onun sözlərinə görə, bununla da İŞİD-ə qarşı mübarizədə mühüm irəliləyişə imza atılıb.

"Bu irəliyə doğru böyük bir addımdır"- deyən Obama onu da bildirib ki, kürdlər və İraq qüvvələri İŞİD-ə qarşı mübarizədə həmrəylik nümayiş etdirsə, ABŞ hər zaman onlara dəstək olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə