“Amnesty İnternational” ABŞ hökumətini İTTİHAM ETDİ

“Amnesty İnternational” ABŞ hökumətini İTTİHAM ETDİ

"Amnesty İnternational" təşkilatının Amerika üzrə icraçı direktoru Stiven Hokins ABŞ hökumətini ittiham edən bəyanatla çıxış edib. SİA-nın məlumatına görə, Hokinsin təşkilatın rəsmi saytında yerləşdirilən bəyanatı Amerika hökumətinin Missuri ştatının Ferqyuson şəhərində komendant saatının tətbiqi ilə bağlıdır.

Bəyanatda bildirilir ki, ABŞ hökumətinin amerikalıların hüquqlarını pozması və etiraz səslərinin boğulması yönündə atdığı sərt addımlar yolverilməzdir. Təşkilat həmçinin həmçinin, Missuri ştatının qubernatorunu da tənqid hədəfinə alıb. Belə ki, buna səbəb qubernatorun etirazçılarla dialoqa getməkdən imtina etməsi olub.

Xatırladaq ki, polis avqustun 10-daFerqyuson şəhərində 18 yaşlı yeyiyetməyə atəş açıb və Maykl Braun adlı yeniyetmə həyatını itirib. Hadisədən sonra bir neçə gün etiraz aksiyaları keçirilib və nəticədə polislə əhali arasında toqquşmalar yaranıb. Nəticədə polis nümayiş iştirakçılarına qarşı öncə gözyaşardıcı qazdan istifadə edib, sonra isə rezin güllələrlə atəş açıb.

Ötən şənbə isə şəhərə 40 nəfər Federal Təhqiqatlar Bürosunun əməkdaşı gəlib. Onlar hadisənin səbəbini araşrımağa başlayıblar. Bundan sonra Missuri Ştatının qubernatoru Cem Nikson kommendant saatının daha bir neçə gün uzadılması ilə bağlı qərar verib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə