İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 200-ü keçdi (YENİLƏNİB)

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 200-ü keçdi (YENİLƏNİB)

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 260-a çatıb. SİA bu barədə İran mətbuatına istinadən xəbər verir. Xəbərdə güclü zəlzələdən sonra 30-dan çox xırda zəlzələnin baş verdiyi qeyd olunur.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 07:02-də İranın qərbindəki İlam əyalətinin Abdanan vilayətinin Mormori şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib, kəndlərə su, elektrik enerjisinin verilişində problem yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə