İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlanıb. SİA-nın iran mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 80 nəfər xəsarət alıb. Onlardan 59-nun evə buraxıldığı qeyd olunur.
Həmçinin bildirilir ki, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib, kəndlərə su, elektrik enerjisinin verilişində problem yaranıb.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 07:02-də İranın qərbindəki İlam əyalətinin Abdanan vilayətinin Mormori şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB