Kadırovdan şok etiraf "Bir nəfər də olsun çeçen Ukrayna hərbçilərinə təslim olmayıb"

Kadırovdan şok etiraf "Bir nəfər də olsun çeçen Ukrayna hərbçilərinə təslim olmayıb"

Çeçenistan prezidenti Ramzan Kadırov Ukraynanın şərqində gedən döyüşlərdə onlarla çeçen döyüşçünün təslim olması barədə yayılan xəbərləri təkzib edib.

Məlumata görə, Kadırov Ukraynada çeçenlərin döyüşdüyünü inkar etməyib:

"Bu yalandır. Nə Donetsk, nə də Luqanskda bir nəfər də olsun çeçen Ukrayna hərbçilərinə təslim olmayıb. Çeçenlər heç vaxt təslim olmurlar. Mülki əhalini qorumaq üçün Ukraynanın şərqində müxtəlif regionlardan olduğu kimi Çeçenistandan olan könüllülər də iştirak edir".

Qeyd edək ki, Ukraynanın şərqində Rusiya yönümlü separatçılarla Ukrayna təhlükəsizlik qüvvələri arasında döyüş gedir. Kiyev Moskvanı yaraqlıları hər vasitə ilə müdafiə etməkdə günahlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə