Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) özünün yeni liderinin və yeni baş nazirin adını avqustun 21-də elan edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
"Avqustun 21-də partiyanın idarə heyətinin iclasını keçirəcəyik və bu məsələni müzakirə edəcəyik. İclasdan sonra partiyamız namizədin adını elan edəcək" – deyə, Ərdoğan qeyd edib.
O yeni hökumətin siyahısının avqustun 29-da təqdim olunacağını da dilə gətirib.
Xatırladaq ki, avqustun 27-də AKP-nin fövqəladə qurultayı keçiriləcək. Qurultayda partiyaya yeni lider seçiləcək. Bu şəxs həm də baş nazir olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB