İstanbulda tikintisi aparılan üçüncü aeroporta Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın adı verilə bilər. SİA-nın tük mətbuatına istinadən xəbərə görə, bu barədə məlumat verən Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan Ərdoğanın ölkəsi üçün çox etdiyini dilə gətirib.
Onun sözlərinə görə, xalqın rifahı üçün çox şey edən R. T. Ərdoğan Türkiyənin 12-ci prezidenti olacaq: "Ərdoğanın sayəsində ölkə iqtisadiyyatı artıb və Türkiyə ciddi uğurlar əldə edib. Xalq ona çox minnətdardır. Əgər İstanbuldakı üçüncü aeroporta R. T. Ərdoğanın adı verilsə belə, bu ona minnətdarlıq etmək üçün kifayət etmir".
Qeyd edək ki, hava limanı ilkin olaraq ildə 90 milyon sərnişinə xidmət göstərəcək. Gələcəkdə bu göstərici 150 milyon sərnişinədək artacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB