Yaponiya Rusiyaya etirazını bildirib

Yaponiya Rusiyaya etirazını bildirib

Yaponiyanın Xarici İşlər Nazirliyi Kuril adaları yaxınlığında keçirdiyi hərbi təlimlərə görə Rusiyaya etirazını bildirib. Yaponiya XİN həmin adaların iki dövlət arasında mübahisəli ərazilər olduğunu qeyd edərək bildirir: "Ölkəmizin hüquqi statusundan asılı olaraq, şimal əraziləri (Yaponiyada Kuril adaları belə adlanır – red.) yaxınlığında Rusiyanın hərbi təlimlər keçirməsini qəbulolunmaz hesab edirik. Buna qəti etirazımızı bildiririk".

Bu ərəfədə Yaponiyanın Baş naziri Şinzo Abe də Rusiya hərbi təlimlərini qəbuledilməz adlandırıb. Yaponiya XİN-in nümayəndələri isə bildiriblər ki, həmin təlimlər "birtərəfli qaydada" keçirilir.

Rusiyanın Şərq Hərbi Dairəsinin qoşun növlərinin qrupları arasında təşkil edilmiş dəniz sahillərinin Hava Desant Qoşunları tərəfindən desant çıxarılması yolu ilə müdafiəsinin nəzərdə tutulduğu təlimlər bir neçə gün bundan əvvəl başlayıb. Təlimlərin keçirilməsinə 1000-dən çox hərbçi, beş ədəd Mi-8AMTŞ helikopteri, 100 ədəd hərbi və xüsusi texnika cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə