Erməni arxiyepiskop “KQB” AGENTİ ÇIXDI

Erməni arxiyepiskop “KQB” AGENTİ ÇIXDI

Avstraliyada fəaliyyət göstərən erməni kilsəsinin arxiyepiskopu Ağan Baliozyannın "KQB" agenti olduğu müəyyənləşib. SİA bu məlumatı Avstraliyada nəşr edilən "The Sydney Morning Herald" qəzetinə istinadən xəbər verir. Qəzetin yazdığına görə, Erməni kilsəsinin Avstraliya və Yeni Zellandiyadakı yeparxiyasının arxiyepiskopu "Zorik" kod adı altında Vasili Mitroxin adlı "KQB" təmsilçisi tərəfindən bu təşkilata agent qismində cəlb edilib.

Mitroxinin gizli arxivindən üzə çıxan məlumatlara görə, erməni arxiyepiskop hələ 1973-cü ildə Yerevanda dini təhsil aldığı zaman "KQB"-nin diqqətində olub. Eyni zamanda bəlli olub ki, Ağan Baliozyan həmçinin, yerusəlimdə də təhsilini davam etdirərkən casusluq fəaliyyətini davam etirib. Məhz bundan sonra o, Avstraliyaya və Yeni Zellandiyaya göndərilib. Onun uzun illər bu istiqamətdə fəaliyyəti barədə kifayət qədər məlumatların olduğu adıçəkilən nəşr tərəfindən qeyd olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə