ABŞ prezidenti Barak Obama uzun fasilədən sonra Rəcəb Tayyib Ərdoğanı Türkiyənin yeni prezidenti seçilməsi münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, Obama Ərdoğana təbrikini telefon vasitəsilə çatdırıb. Obama bildirib ki, Ərdoğan türkiyəni irəliyə aparmaq üçün tarixi imkanlar əldə edib.
Prezidentlər həmçinin, regional problemlərdən danışıb, Suriya, İraq və Qəzzada baş verənləri müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB