Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə bu gün yer vaxtla saat 09.00 radələrində baş verib. İstanbuldan Hataya gedən sərnişin avtobusu Aksaray yaxınlığında yoldan çıxaraq aşıb. İlkin məlumatlara əsasən 8 nəfər ölüb, 30-a yaxın yaralı ətraf xəstəxanalara çatdırılıb.
Ölənlərin vətəndaşlığı ilə bağlı heç bir məlumat verilmir. Qəzanın baş vermə səbəbləri tam məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB