Yaponiyada istilər başlayandan 48 nəfər həlak olub. Cari ildə ən isti gün isə iyulun 26-na təsadüf edib. Həmin tarixdə bir gündə yeddi nəfər dünyasını dəyişib. Yaponiyanın müxtəlif bölgələrində 31 mindən çox insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Bu barədə Yaponiya Yanğınsöndürmə İdarəsinin avqustun 12-də yaydığı məlumatda bildirilir.
İstidən zərərçəkənlər ən çox Tokio regionunda, Saytama, Aiti, Osaka və Çiba prefekturalarında qeydə alınıb.
Yalnız avqustun 4-dən 10-dək olan dövrdə 8 nəfər həlak olub, 4100 nəfər isə xəstəxanalara yerləşdirilib. Bunların əksəriyyəti ahıl insanlardır.
İstinin ən yüksək həddə çatdığı iyulun 26-da 920 meteonəzarət məntəqəsindən 230-da termometrin civə sütunu 35 dərəcədən, 702 məntəqədə isə 30 dərəcədən yuxarını göstərib.
Bu günlərdə "Halong" tufanından sonra istilərin qismən azaldığı hiss olunur. Meteoroloqların proqnozuna əsasən, cari həftənin sonunadək Yaponiyanın əksər ərazisində temperatur 33 dərəcəni keçməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB