Rusiya parlamentinin alt qanadının üzvü, millət vəkili, məşhur boksçu Nikolay Valuyev "coğrafiyanı yaxşı öyrənsin" deyə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakiyə Rusiyanın xəritəsini göndərib.
Valuyev xanım Psakinin Rusiyanın xəritəsini bilmədiyi üçün tez-tez səhv etdiyini əsas gətirərək belə bir addım atıb. Valuyev ABŞ rəsmisinə bu yolla kömək etdiyini deyərək, onun bir də çətin vəziyyətə düşməyəcəyini bildirib:
"Rusiya xəritəsini yaxşı öyrənməsi və jurnalistlərin gülüş hədəfinə çevrilməməsi üçün xanım Psaki üçün xəritə göndərdim. Ümid edirəm ki, bu onun işinə yarayacaq".
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki avqustun 4-də Rusiyanın Ukrayna sərhədində nəhəng hərbi təlimlər keçirməsindən narahat olduğunu açıqlamışdı. Bu açıqlamadan sonra Rusiya Müdafiə Nazirliyi təlimlərin Rusiyanın Xəzər dənizi sahilində - Həştərxan bölgəsində keçirdiyini bildirərək, təlimlərin Ukrayna sərhədindən təxminən min kilometr uzaqlıqda olduğunu bəyan etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB