Qazaxıstan Qırğızıstanın Gömrük İttifaqına qoşulması üzrə yol xəritəsini reallaşdırmaq üçün rəsmi Bişkekə 100 milyon dollar ödəyəcək. Bu barədə Qırğızıstanın iqtisadiyyat naziri Danil İbrayev açıqlama verib.
O bildirib ki, Qazaxıstan hökuməti tərəfindən ayrılacaq vəsait Qırğızıstanın kənd təsərrufatı sahəsinin inkişafına sərf olunacaq.
Nazirin sözlərinə görə, Qırğızıstanda kənd təsərrufatı məhsullarının yoxlanılması üçün laboratoriyalar tikiləcək. Gömrük İttifaqına ixrac ediləcək məhsullara yoxlanılaraq sertifikatlar veriləcək.
Qırğızıstan isə Gömrük İttifaqına qoşulması üçün 102 normativ-hüquqi akt hazırlamalıdır. Nazir bildirib ki, hökumət bu ilin payızına qədər bütün sənədləri hazırlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB