Qahirədə Fələstin və İsrail nümayəndə heyətləri arasında danışıqlar başlayıb
Qahirədə Fələstin və İsrail nümayəndə heyətləri arasında birbaşa olmayan danışıqlar başlayıb. İTAR-TASS agentliyi xəbər verir ki, tərəflər Qəzza zolağında qarşıdurmanın dayandırılması və müddətsiz sülh əldə edilməsi ilə bağlı məsələləri müzakirə edirlər.
Bazar günü Fələstin və İsrail Qahirənin vasitəçiliyi ilə Qəzzada daha bir 72 saatlıq atəşkəs barədə razılığa gəliblər. Atəşkəs rejimi yerli vaxtla saat 1-də qüvvəyə minib və hələlik ciddi pozuntu qeydə alınmayıb.
Danışıqların gündəliyində tərəflərin ümumi razılığa gələ bilmədiyi bir sıra məsələlər də var. Belə ki, fələstinlilər bölgəyə 2006-cı ildə tətbiq olunan blokadanın tam aradan qaldırılmasını təkid edirlər. İsraillilər isə, öz növbəsində, anklavın silahsızlaşdırılması tələbini irəli sürürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB