Türkiyədə seçki qutularının 99 faizindən çoxu açılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Ali Seçki Şurası məlumat yayıb.
Məlumata əsasən, Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan liderlik edir. Seçicilərin 51,65 faizi baş nazirə səs verib.
İkinci yerdə 38,56 faiz səslə Ekmələddin İhsanoğlu, üçüncü yerdə isə səslərin 9,79 faizini toplayan Səlahəddin Demirtaş gəlir.
Xatırladaq ki, ötən gün Türkiyədə prezident seçkiləri keçirilib. Yerli vaxtla saat 08:00-da başlayan seçkiyə 17:00-da yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB