İsrail və HƏMAS bazar ertəsi növbəti dəfə üçgünlük atəşkəs rejiminin elan olunması barədə razılığa gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, atəşkəs rejimi pozulmayacağı təqdirdə rəsmi Təl-Əviv Misirin paytaxtı Qahirədə danışıqları davam etdirəcək.
Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı "Sarsılmaz Qaya" adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1900- a çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB