Ərdoğan rəqiblərindən irəlidədir

Ərdoğan rəqiblərindən irəlidədir

Türkiyə mətbuatı avqustun 10-da keçirilmiş prezident seçkilərinin ilkin nəticələrinə dair məlumatlar yayır. Məlumata görə, artıq seçki qutularının 99 faizi açılıb. Prezidentliyə namizəd, Baş nazir Rəcəb Tayyib Ərdoğan sayılan səslərin 51,8 faizinə sahib olmaqla rəqiblərindən irəlidədir. İkinci yerdə 38,5 faizlə İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, müxalifətin vahid namizədi Ekmələddin İhsanoğludur. Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahattin Demirtaş isə 9,7 faiz səslə üçüncüdür.

Səslərin sayılmasındakı dəyişikliklər yerli televiziya ilə birbaşa yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə