Qərbi Afrika ölkələrində sürətlə yayılan ebola virusunun doğurduğu xəstəlikdən ölənlərin sayı 961 nəfərə çatıb. Daha 1779 nəfər vaksini mövcud olmayan bu xəstəliyə yoluxub. Xəstəlik Qvineyada daha çox tələfata səbəb olub. Virusun ötən ilin dekabrında baş qaldırdığı bu ölkədə 367 nəfər ölüb. Qonşu Serra Leonda 298, Liberiyada 294 ölüm faktı qeydə alınıb.
Dünya Səhiyyə Təşkilatı ebola virusunun yaratdığı xəstəliyin bu həddə çatmasını beynəlxalq miqyaslı təhlükə kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB