Şərqi Qazaxıstan vilayətinin mərkəzi şəhəri Öskemenin Kurçatov qəsəbəsində nüvə elektrik stansiyasının tikilməsinə hazırlıq görülür.
Öskemene səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovun qazaxıstanlı həmkarı Erlan İdrisovla görüşündə nüvə elektrik stansiyasının inşası barədə razılıq əldə olunub. Bununla bağlı müqavilə yaxın zamanlarda imzalanacaq.
Qeyd edək ki, may ayında Rusiya Atom Enerjisi Təşkilatı ilə Qazaxıstan Milli Atom Quruluşu arasında Qazaxıstanda 300-1200 meqavat tutumlu nüvə reaktorunun inşası məqsədilə memorandum imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB