Ötən sutka ərazində Ukraynanın şərqində - Donbass bölgəsində gedən qanlı döyüşlərdə 15 Ukrayna hərbçisi həlak olub, 79-u yaralanıb. SİA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko açıqlayıb. Onun sözlərinə görə, həlak olanlardan 8-i Sərhəd Xidmətinin, 7-si ordunun əsgərləridir.
A. Lısenko ölən və yaralananların sayının çox olmasını uzun müddətdir sərhəddə separatçıların və Rusiya ordusunun mühasirəsində qalan Ukrayna hərbi hissələrinin mühasirəni yarma əməliyyatı ilə əlaqələndirib.
Xatırladaq ki, qeyri-rəsmi mənbələr mühasirədən çıxan Ukrayna hərbi birləşmələrinin itkilərinin daha çox olduğunu bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB