Ermənistan prezidenti Serj Sarkisyan avqustun 8-i Soçiyə yola düşəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, avqustun 9-u Sarkisyanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Putinin prezident İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda görüşü planlaşdırılsa da, Ermənistan tərəfi üçtərəfli görüşə hazır olduğunu bəyan edib. Sarkisyan prezident İlham Əliyevlə görüşə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli yollarını müzakirə etməyə hazır olduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB