Avstraliyada matəmdir

Bu gün Avstraliyada Malayziyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı matəm elan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sidneydə minlərlə insan anım mərasiminin keçirildiyi kilsələrə axışıb. Sidney sakinləri qəza yerində qalıqların axtarışının dayandırılması ilə bağlı xəbərlərlə bağlı narahatlıqlarını bildiriblər. Belə ki, Niderlandın Baş naziri Mark Rütte Donetskdəki vəziyyətlə əlaqədar təhqiqatın davam etdirilməsinin təhlükəli olduğunu bildirib.

Qeyd edək ki, iyulun 17-də sərnişin təyyarəsinin Ukraynanın Donetsk vilayətində qəzaya uğraması nəticəsində 38 Avstraliya vətəndaşı həlak olub. Ümumilikdə isə təyyarədə 298 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə